MTN-in Heydər Əliyev adına Akademiyasında 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

MTN-in Heydər Əliyev adına Akademiyasında 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
# 14 iyun 2012 10:12 (UTC +04:00)
Bakı-APA. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında 15 iyun – Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir keçirilib. MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Akademiya rəisinin müavini general-mayor İsgəndər Allahverdiyev məruzə ilə çıxış edərək bu günün ölkənin tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib, 1990-cı illərin əvvəllərində hökm sürən olduqca mürəkkəb və gərgin bir şəraitdə yenicə əldə olunmuş dövlət müstəqilliyinin möhkəmləndirilməsində, Azərbaycanın kökü qədimlərə gedən dövlətçilik ənənələrinin yenidən bərpa olunmasında Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.

Natiq çıxışında dövlətin təhlükəsizliyi keşiyində dayanmağı özünə şərəfli borc bilən gəncləri, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında təhsil alan kursantları və dinləyiciləri Heydər Əliyev ənənələrinə daim sadiq olmağa, Heydər Əliyevin siyasi irsini dərindən öyrənməyə, prezident İlham Əliyevin diqqət və qayğısını, gənc nəslə bəslədiyi yüksək etimadı və inamı doğrultmaq üçün var qüvvə ilə çalışmağa, seçdikləri peşənin sirlərinə mükəmməl yiyələnməyə çağırıb.
Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR