Bu ilin 7 ayında “AvtoVAZ”ın satışı 10% azalıb

Bu ilin 7 ayında “AvtoVAZ”ın satışı 10% azalıb
# 02 avqust 2012 13:03 (UTC +04:00)
Bakı - APA-Economics. Cari ilin yanvar-iyul aylarında Rusiyanın “AvtoVAZ” şirkətinin satış göstəricisi illik müqayisədə 10% azalaraq 334,630 ədədə düşüb.

APA-Economics”in xəbərinə görə, şirkətin yaydığı açıqlamada bildirilir ki, Rusiyada satış həcmi 13% azalaraq 297 825 ədəd təşkil edib.

İyun ayı ilə müqayisədə iyulda “AvtoVAZ” satışları 2,8% artaraq 51,343-ə yüksəlib. Bunun 47 093-ü (+4,6%) Rusiya avtomobil bazarında reallaşdırılıb.

Ümumilikdə 7 ay ərzində “Lada” markalı 36 805 ədəd avtomobil ixrac olunub ki, bunun da 4250-si iyul ayının payına düşür.

Xatırladaq ki, “AvtoVAZ” şirkəti 1993-cü ildə yaradılıb. Şirkətin əsas səhmdarlarından biri Fransanın “Renault” şirkətidir. “AvtoVAZ”ın səhmlərinin 25%-i “Renault”a məxsusdur. Hazırda şirkət “Lada Priora”, “Kalina”, “Samara”, eləcə də “klassik” modellər (o cümlədən “VAZ-2107”) buraxır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR