Gürcü müxalifətinin 40 nəfər deputatlığa namizədi parlament seçkisinə qatılmayacaq

Gürcü müxalifətinin 40 nəfər deputatlığa namizədi parlament seçkisinə  qatılmayacaq
# 29 sentyabr 2012 22:41 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. “Gürcü arzusu” koalisiyasına daxil olan “Azad Gürcüstan” partiyasından 40 nəfər deputatlığa namizədliyini geri götürüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə “Azad Gürcüstan” partiyasının baş katibi Aleksandr Şalamberidze açıqlamasında bildirib.
“Sentyabrın 28-də 40 seçki dairəsində “Azad Gürcüstan” partiyasını tərəfindən irəli sürülən 40 majoritar deputatlığa namizəd öz namizədliklərini geri götürüb. Biz ona görə belə etdik ki, daha güclü olaq və qələbəyə daha çox inamımız olsun. Biz istəyirik ki, bizim bir majoritar deputatımız olsun, onu da hamımız dəstəkləyək. Biz dünən Tiflis şəhəri yaxınlığında yerləşən Poniçala kəndində yaşayan azərbaycanlılarla deputatlığa namizəd Şota Xabarelinin görüşünü təşkil etdik. Xalq bizi çox mehriban qarşıladı və sakinlər bizi yaxşı başa düşdülər. Düşünürəm ki, bu kənddə yaşayan əhali bizim namizədimizi dəstəkləyəcəklər. Onlar gürcü dilində yaxşı danışırlar. Bu kəndin sakinləri olan 350 nəfər həbsxanada yatır. Biz hakimiyyətə gələriksə, onları azad edəcəyik”, deyə Şalamberidze bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR