Pakistan prezidenti Asif Əli Zərdari Azərbaycana səfərə gəlib

Pakistan prezidenti Asif Əli Zərdari Azərbaycana səfərə gəlib
# 15 oktyabr 2012 23:47 (UTC +04:00)
Bakı-APA. Pakistan İslam Respublikasının prezidenti Asif Əli Zərdari İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək zirvə toplantısında iştirak etmək üçün oktyabrın 16-da Azərbaycan Respublikasına səfərə gəlib.

İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Pakistan prezidentini hava limanında Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər qarşılayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR