Millət vəkilləri Qənirə Paşayeva və Jalə Əliyeva Türkiyəyə gedib

Millət vəkilləri Qənirə Paşayeva və Jalə Əliyeva Türkiyəyə gedib
# 07 noyabr 2012 08:44 (UTC +04:00)
Bakı – APA. Milli Məclisin deputatları Qənirə Paşayeva və Jalə Əliyeva Türkiyəyə səfərə yollanıblar.

APA-nın xəbərinə görə, onlar “Heydər Əliyev və Mustafa Kamal Atatürk - Türk dünyasının ulu öndərləri”, “Türkiyə-Azərbaycan: liderlik, siyasi irs və baxış” mövzularında konfranslarda iştirak etmək üçün noyabrın 6-dan 8-dək Türkiyədə səfərdə olacaqlar.

Hər iki tədbir Ankara Dövlət Universitetində tələbə-gənclər təşkilatının təşəbbüsü ilə keçiriləcək. Toplantıda Qənirə Paşayeva “Türkiyə-Azərbaycan münasibətlərinin dünəni, bu günü və sabahı”, Jalə Əliyeva isə “Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında Heydər Əliyev və Atatürk siyasi irsinin rolu” mövzusunda məruzələrlə çıxış edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR