İsrailin Azərbaycandakı səfiri Mixail Lavon Lotemin diplomatik missiyası başa çatır

İsrailin Azərbaycandakı səfiri Mixail Lavon Lotemin diplomatik  missiyası başa çatır
# 02 avqust 2012 10:04 (UTC +04:00)
APA-nın məlumatına görə, səfir artıq vida görüşlərinə başlayıb. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, nazir Əbülfəs Qarayev bununla əlaqədar səfiri qəbul edib.

Görüş zamanı Azərbaycan ilə İsrail arasında əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunub, ikitərəfli münasibətlərin bütün sahələrdə, həmçinin mədəniyyət və turizm sahəsində inkişaf etməkdə olduğu bildirilib.

Daha sonra hər iki dövlət başçısının himayəsi ilə ölkələrimiz arasındakı münasibətlərin inkişaf dövrü keçirdiyi vurğulanıb, Əbülfəs Qarayev qarşılıqlı səfərlərin təşkili və turizm sahəsində mübadilənin gücləndirilməsinin zəruriliyini qeyd edib.

Sonda səfir Mixail Lavon Lotem Əbülfəs Qarayevə görüşə görə minnətdarlığını bildirib, nazir isə öz növbəsində səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR