FHN Bakı-Astara yolunda baş verən yol qəzası barədə məlumat yayıb

FHN Bakı-Astara yolunda baş verən yol qəzası barədə məlumat yayıb
# 26 may 2012 16:12 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Fövqəladə Hallar Nazirliyi Bakı-Astara yolunun 147-ci kilometrliyində baş verən yol qəzası barədə məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən məlumatına görə, Cəlilabad rayonu ərazisində vətəndaşa məxsus «VAZ-2107» markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca dəyib və qəza baş verib.

Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü 1977-ci il təvəllüdlü Azad Qulamverdi oğlu Bəhmənov və sərnişin 1976-cı il təvəllüdlü Ramil Özbəy oğlu Kərimov aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər, cəsədləri yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə etməklə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər sərnişin isə müxtəlif bədən xəsarətləri ilə xilasedicilər hadisə yerinə çatana kimi təcili yardım tərəfindən rayon mərkəzi xəstəxanasına aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR