Azərbaycanda 21 qeyri-bank təşkilatı Mərkəzləşdirilmiş Kredit Reyestrinə qoşulub

Azərbaycanda 21 qeyri-bank təşkilatı Mərkəzləşdirilmiş Kredit Reyestrinə qoşulub
# 21 may 2012 12:22 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən 27 bank olmayan kredit təşkilatının (BOKT) 21-i Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) qoşulub. Bu barədə «APA-Economics»ə Reyestrdən məlumat verilib.

Qeyd edək ki, bank olmayan kredit təşkilatlarının MKR-ə qoşulması 2011-ci ilin avqustundan başlayıb. MKR-in məlumatına görə, ötən dövr ərzində müvafiq lisenziyaya malik 27 qeyri-bank kredit təşkilatının 21-nin MKR-ə qoşulması təmin edilib. İlin sonuna BOKT-ların məcmu kredit portfelinin 95%-i Reyestrin məlumat bazasında qeydə alınıb. «Digər 6 BOKT-ın da MKR-ə qoşulması üzrə müvafiq işlər davam etdirilir», - deyə məlumatda bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR