İSESCO-nun baş direktoru: “Ermənistanın etdikləri əsl ağılsızlıqdır”

İSESCO-nun baş direktoru: “Ermənistanın etdikləri əsl ağılsızlıqdır”
# 04 oktyabr 2012 13:29 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, bu işğal beynəlxalq hüquqa və BMT-nin qətnamələrinə ziddir. Əl-Tuveycri bildirib ki, İSESCO bu regionda sülh və stabilliyin bərqərar olmasında maraqlıdır: “Dağlıq Qarabağ münaqişəsinin həlli sülh və stabilliyin bərqərar olmasına xidmət edəcək. Azərbaycan torpaqlarının işğalı qanunsuz və qeyri-humanist addımdır”. Xankəndi aeroportunun istismara verilməsi faktına münasibət bildirən əl-Tüveycri bildirib ki, İSESCO qəti şəkildə buna qarşıdır: “Ermənistanın etdikləri əsl ağılsızlıqdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR