Ağsuda avtomobil 50 metr yüksəklikdən çaya düşüb, yaralananlar var

Ağsuda avtomobil 50 metr yüksəklikdən çaya düşüb, yaralananlar var
# 14 iyul 2012 12:19 (UTC +04:00)
APA-nın məlumatına görə, hadisə bu gecə saat 02-də Bakı-Şamaxı-Yevlax yolunun 160-cı kilometrliyində, Ağsu çayı üzərində qeydə alınıb. Ağsu rayon sakini, 1986-cı il təvəllüdlü Tariyel Ağayevin idarə etdiyi VAZ-2107 markalı avtomaşın yüksək sürətlə hərəkət edərkən idarəetməni itirərək körpüyə çırpılıb. Körpünün məhəccərlərini qıran avtomobil 50 metr yüksəklikdən çaya düşüb. Hadisə nəticəsində T. Ağayev və sərnişinlər – 24 yaşlı Sərxan Hüseynov, 15 yaşlı Ramal Nuriyev və 16 yaşlı Kamran Qəribov ağır dərəcəli bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR