Fevralda Azərbaycanda dövlət ipoteka kreditləşməsi təxminən 3 dəfə artıb

Fevralda Azərbaycanda dövlət ipoteka kreditləşməsi təxminən 3 dəfə artıb
# 05 mart 2012 12:41 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Fevral ayında Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 5,880 mln. manat ipoteka krediti verilib. Bu isə analoji yanvar göstəricisindən 2,8 dəfə çoxdur. Fonddan «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ilin əvvəlindən verilən ipoteka kreditlərinin ümumi məbləği 7,950 mln. manata çatıb.

Ümumilikdə, dövlət ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF-in xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 353,490 mln. manata çatıb. Nəticədə, 2012-ci il martın 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 39,3 manat təşkil edib. Müqayisə üçün bildirək ki, 2012-ci ilin fevralın 1-də bu rəqəm 38,6 manat olub.

Fevralda AİF tərəfindən 8,05 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. Nəticədə, ilk iki ay ərzində 12,740 mln. manatlıq kreditlər yenidən maliyyələşdirilib.

İndiyədək verilən ipoteka kreditlərinin 273,71 mln. manatı və ya 77,43%-i təkrar maliyyələşdirilib. Fevralda İpoteka Fondu 3 mln. manatlıq istiqraz buraxıb.

Qeyd edək ki, yanvar ayında olduğu kimi, fevralda da dövlət büdcəsindən ipoteka məqsədləri ilə vəsait ayrılmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR