Binə Ticarət Mərkəzində baş vermiş kütləvi zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb

Binə Ticarət Mərkəzində baş vermiş kütləvi zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb
# 16 sentyabr 2012 16:15 (UTC +04:00)
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında qeyd edib ki, baş vermiş hadisə ilə bağlı fakta görə, Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, bu gün Binə Ticarət Mərkəzində kütləvi zəhərlənmə faktı qeydə alınıb. Zəhərlənməyə ticarət mərkəzində quraşdırılmış generatorlar səbəb olub. Ticarət mərkəzində elektrik enerjisi kəsildiyi üçün generatorlar işə salınıb. Generatorlarda yaranmış nasazlıq insanların kütləvi zəhərlənməsi ilə nəticələnib. Hadisə nəticəsində 100-ə yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR