Bakıya ağ rəngli taksilər gətirilir

Bakıya ağ rəngli taksilər gətirilir
# 21 fevral 2012 08:19 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə məlumat verən Nəqliyyat Nazirliyi Katibliyinin rəhbəri Namiq Həsənovun sözlərinə görə, bəzi şirkətlər taksi avtomobillərinə qoyulan tələbləri nazirliklə razılaşdırmaqla bu məqsədlə ölkəyə gətiriləcək avtomobil modellərini dəqiqləşdirib. Bura «Daewoo Nexia», «Daewoo Lacetti» («Chevrolet Lacetti»nin bazasında yaradılmış), «Fiat», «Toyota Yaris» və s. aiddir.

«Daewoo» avtomobillərinin satışı ilə məşğul olan «Uz-Daewoo Baku Auto» şirkətindən Bakıya taksi fəaliyyəti üçün yeni avtomobillərin gətirildiyini «APA-Economics»ə təsdiqləyiblər. Şirkətdən bildirilib ki, bu məqsədlə gətirilən ağ rəngli «Daewoo Nexia» avtomobillərini ilkin ödəniş 20% olmaqla 3 illiyə kreditlə almaq mümkündür. Qiymətlər isə 8 700-11 500 manat arasında dəyişir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR