London Olimpiadasında ilk rekord qeydə alınıb

London Olimpiadasında ilk rekord qeydə alınıb
# 27 iyul 2012 15:41 (UTC +04:00)
Bakı-APA. London Olimpiadasında ilk rekordun sahibi məlum olub. Apasport.az saytının məlumatına görə, bu uğura Cənubi Koreya millisinin görmə qüsurlu kamandan oxatanı İm Donq-Hyun imza atıb.

Sol gözündə 10, sağ gözündə 20 faiz görmə qabiliyyəti olan idmançı komanda yarışlarında 72 atışdan sonra 669 xal toplayıb ki, bu da yeni dünya rekordudur.

Qeyd edək ki, Donq-Hyun mayda Türkiyədə özündən başqa Kim Bub-Min və Oh Jin-Hyeklə birgə dünya rekordunu qırmışdı. Onlar kişilərin mübarizəsində 216 atışda 2 min 87 xal toplamışdılar. 26 yaşında olan oxçu həm “Afina-2004”də, həm də “Pekin-2008”də komanda yarışlarında çempion adını qazanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR