Əli Əhmədov Şimali Kiprin Azərbaycandakı təmsilçiliyinin yeni rəhbərini qəbul edib

Əli Əhmədov Şimali Kiprin Azərbaycandakı təmsilçiliyinin yeni rəhbərini qəbul edib
# 05 sentyabr 2012 13:17 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov Şimali Kipr Türk Cümhuriyyətinin (Cümhuriyyətinin) Azərbaycan təmsilçiliyinin yeni rəhbəri Sadəddin Topukçunu partiyanın mənzil qərargahında qəbul edib. Bu barədə APA-ya YAP-ın mətbuat xidmətindən bildirilib.

Görüşdə ŞKTC ilə Azərbaycan Respublikası arasında mövcud olan əlaqələrin inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Təmsilçiliyin keçmiş rəhbəri Zəki Qazioğlu görüşdə iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR