Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında görüş keçirilib

Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında görüş keçirilib
# 05 mart 2012 15:22 (UTC +04:00)
Bakı – APA. Martın 5-də Çexiya Respublikasında işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın xarici işlər naziri Konstantin Qrişşenko ilə görüş keçirib. Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla Ukrayna arasında ikitərəfli əlaqələr əsas müzakirə obyekti olub, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələsi və regionda cərəyan edən proseslər barədə fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR