AFFA “Neftçi” klubunu cəzalandırıb

AFFA “Neftçi” klubunu cəzalandırıb
# 27 mart 2012 11:18 (UTC +04:00)
Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer liqanın XXV turunun oyunlarında baş verənlər də müzakirə olunub.
“Qəbələ” ilə matçın 88-ci dəqiqəsində ikinci sarı vərəqə üzündən meydandan qovulan “İnter”in futbolçusu Xəyal Mustafayev 1 oyunluq cəzalanıb və klubu 200 manat cərimə olunub. “Turan” – “Rəvan” qarşılaşmasının 73-cü dəqiqəsində ikinci sarı vərəqə üzündən qonaqları azlıqda qoyan Taqim Novruzovun da cəzası eyni olub.
“Neftçi” və “Xəzər Lənkəran” arasındakı oyunda baş verənlər də cəzasız qalmayıb. Matçın 85-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrin istifadə edilməsi bakılılara 1000 manata başa gəlib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR