AZAL Bakı-London aviareyslərinin sayını artırır
27 sentyabr 2012 13:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Oktyabrın 28-dən etibarən «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-London-Bakı birbaşa sərnişin aviareyslərinin sayını artıracaq. Bu barədə «APA-Economics»ə AZAL-dan bildirilib.
Aviaşirkətdən verilən məlumata əsasən, hazırda Bakı-London istiqamətində uçuşlar hər həftənin II, IV və VI günləri yerinə yetirilir. Oktyabrın 28-dən etibarən isə AZAL Londona uçuşlarını gündəlik rejimə keçirəcək: «Hazırda Bakı-London-Bakı aviareysinə bir biletin minimal qiyməti 545 manat təşkil edir. Uçuşlar «Airbus-319» avialayneri ilə yerinə yetirilir».
Qeyd edək ki, London-Bakı-London aviareysini həmçinin Böyük Britaniyanın «British Midland International» (BMI) aviaşirkəti də yerinə yetirir. Şirkət uçuşları hər gün həyata keçirir. Hər iki istiqamətdə bir aviabiletin minimal qiyməti 980 manat təşkil edir. Uçuşlar «Airbus-320» və «Airbus-321» təyyarələri ilə yerinə yetirilir.
Xatırladaq ki, Azərbaycan və Böyük Britaniya arasında bağlanmış ölkələrarası sazişə əsasən, hər iki tərəfdən həftədə 7 uçuşun həyata keçirilməsinə icazə verilir.

İnfrastruktur
Cavanşir körpüsünün sökülməsi davam edir - FOTO
14:28
21 may 2024
“Samur”-“Yaraq-Qazmalar” buraxılış məntəqələrində avtomobil körpüsünün istismarı qaydaları müəyyənləşəcək
12:50
21 may 2024
Deputat: Rusiya, Gürcüstan, Türkiyə ilə giriş-çıxış yollarının sayı artırılmalıdır
12:47
21 may 2024
Bakı və Abşeronda avtobusların nağdsız ödənişə keçidi 14 %-dən çox artıb
15:26
20 may 2024