Azərbaycanın birinci xanımı ilə Georgi Pırvanov arasında görüş keçirilib

Azərbaycanın birinci xanımı ilə Georgi Pırvanov  arasında görüş keçirilib
# 04 oktyabr 2012 19:34 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Bolqarıstanın sabiq prezidenti Georgi Pırvanov ilə görüşüb.

Bakı Beynəlxalq Humanitar Forumunu mühüm hadisə kimi dəyərləndirən Azərbaycanın birinci xanımı tədbirdə müzakirə olunan məsələlərin, qəbul edilən qərarların reallaşacağına ümidvar olduğunu deyib.

Mehriban Əliyeva müasir dövrdə humanitar sahədə əməkdaşlığın rolunu vurğulayıb.

Foruma dəvətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Georgi Pırvanov Azərbaycan ilə Bolqarıstan arasında hər zaman səmərəli dialoqun olduğunu qeyd edbi. Bolqarıstanın sabiq prezidenti gələcəkdə də bu dialoqun davam edəcəyinə ümidvar olduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR