İran Mərkəzi Bankı: “Ölkədə dolların qiymətinin artmasının qarşısını almaq mümkün deyil”

İran Mərkəzi Bankı: “Ölkədə dolların qiymətinin artmasının qarşısını almaq mümkün deyil”
# 05 iyun 2012 03:15 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranda dolların məzənnəsinin artmasının qarşısını almaq mümkün deyil”. APA-nın məlumatına görə, bu barədə İran Mərkəzi Bankının sədri Mahmud Bəhməni açıqlama verib. O bildirib ki, xalqın dollara tələbatı artıb və İrana qarşı sanksiyalar da valyuta dəyişməsində problem yaradır: “Valyutanın qiyməti bütün dünyada artıb və bu vəziyyət nəzarətdən çıxıb”.
Qeyd edək ki İran Mərkəzi Bakı dolların satış qymətini 1226 tümən təyin edib. Lakin qara bazarda 1 dolar 1800-2000 tümənlə dəyişdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR