Türkmənistan BTC kəməri ilə neft ixracını 53% artırıb

Türkmənistan BTC kəməri ilə neft ixracını 53% artırıb
# 22 oktyabr 2012 14:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 33,1 mln. ton və ya əvvəlki illə müqayisədə 6,5% az neft nəql edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 76,1%-i əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 25,2 mln. ton neft ötürülüb ki, 2011-ci ilin eyni dövrü illə müqayisədə bu göstərici 6,3% azalıb.

Yanvar-sentyabr aylarında gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 2,3 mln. ton Türkmənistan nefti nəql edilib ki, bu da ötən ilin ilk 9 ayı ilə müqayisədə 53,3% çoxdur.

Bununla yanaşı, magistral qaz kəmərləri ilə hesabat dövründə 14,1 mlrd. kubmetr qaz nəql edilib ki, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu göstərici 2,4% artıb. Nəql edilmiş qazın 20,9%-i Bakı-Tbilisli-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə hesabat dövründə 3 mlrd. kubmetr qaz nəql edilib və bu göstərici 2011-ci ilin eyni dövrü ilə müqayisədə 9,1% azdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR