Böyük Britaniyanın əsas hava limanı gücləndirilmiş iş rejimində çalışır
13 avqust 2012 11:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Təkcə bu gün – XXX London Yay Olimpiya Oyunlarından sonra Hitrou hava limanı Böyük Britaniya paytaxtını tərk edən 116 minə yaxın sərnişinə xidmət göstərəcək.
«APA-Economics»in məlumatına görə, bununla yanaşı, yarışlarda iştirak edən idmançılar üçün avqustun 16-dək xüsusi terminal fəaliyyət göstərəcək. Bu müddət ərzində sözügedən terminal təxminən 1 000-ə yaxın idmançıya xidmət göstərəcək. Müvəqqəti yaradılan bu terminalda 31 qeydiyyat masası və təyyarəyə minməmişdən öncə 7 yoxlama xətti fəaliyyət göstərəcək. Atletləri aeroportun 50 nəfər daimi işçisi və 1 000-ə yaxın könüllü qarşılayacaq. Xüsusi terminalın yaradılmasına baxmayaraq, idmançılar buradan uçmayacaq. Belə ki, onlar avtobuslar vasitəsilə birbaşa olaraq təyyarələrin traplarına çatdırılacaq.
Onu da qeyd edək ki, atletlər xüsusi mərasimlə yola salınacaq. Lakin hələlik mərasimin proqramı sirr olaraq saxlanılır.

İnfrastruktur
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
13:48
18 may 2024
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024