İsveçrə İrana qarşı yeni sanksiya tətbiq edib

İsveçrə İrana qarşı yeni sanksiya tətbiq edib
# 06 iyul 2012 14:08 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Bu gün İsveçrənin İrana qarşı tətbiq etdiyi yeni sanksiya qüvvəyə minib. APA-nın İran mətbuatına istinadən məlumatına görə, qərar İrandan qiymətli metalların, almazın idxalına, eyni zamanda Tehrana telekommunikasiya və digər sahələrdə istifadə olunan texniki avadanlıqların, materialların ixracına qadağa qoyur. Ancaq bununla belə, İsveçrə iyulun 1-dən Avropa Birliyinin İrandan neft idxalının dayandırılması ilə bağlı tətbiq etdiyi sanksiyaya qoşulmayacaq. Rəsmi Bern buna səbəb kimi sanksiyanın ölkənin yürütdüyü xarici siyasətə uyğun gəlməməsini göstərib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR