İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın iştirakı Şəkidə ictimai dinləmələr keçirilib
21 may 2012 21:26 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın iştirakı Şəki şəhərində Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) təbliği və tətbiqi məsələlərinin müzakirəsinə həsr olunmuş ictimai dinləmələr keçirilib. Şəki şəhər İcra Hakimiyyəti (İH) aparatından APA-nın yerli bürosuna verilən məlumata görə, tədbirdə Şəki-Zaqatala bölgəsi və ətraf rayonların icra hakimiyyəti və bələdiyyələrin, məhkəmə, polis, prokurorluq orqanlarının yerli şöbələrinin, həmçinin digər qurumların nümayəndələri iştirak ediblər. Tədbirdə Ombudsman Elmira Süleymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı insan hüquqları sahəsində islahatların yeni mərhələsi kimi” mövzusunda məruzə edib. Müvəkkil MFP-nin icrası sahəsində görülən işlər, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər barədə danışmış, Proqramda qanunvericiliyin insan hüquqları baxımından təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələr, MFP ilə əlaqədar qeyri-hökumət təşkilatlarının vəzifələri, dövlət-QHT əməkdaşlığının mexanizmləri və digər məsələlər ətrafında söhbət açıb.
Müzakirələrdən sonra dinləyicilərin sualları cavablandırıb.
Müzakirələrdən sonra dinləyicilərin sualları cavablandırıb.
Daxili siyasət
Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib
13:37
27 aprel 2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədləri dövlət torpaq kadastrına daxil ediləcək
15:54
26 aprel 2024
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaş qəbulu CƏDVƏLİ
09:31
26 aprel 2024
PA Vətəndaş Qəbulu Mərkəzində mayda vətəndaşların qəbulu cədvəli açıqlanıb
18:04
25 aprel 2024