Ketrin Eşton: “Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəbdir və onu həll etmək zəruridir”

Ketrin Eşton: “Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəbdir və onu həll etmək zəruridir”
# 27 fevral 2012 10:27 (UTC +04:00)
APA-nın məlumatına görə, bu bəyanatla Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eşton Brüsseldə Avropa Birliyi Şurasının iclasında açılış nitqində deyib.

Ketrin Eşton qeyd edib ki, iclasda Cənubi Qafqazda və ayrı-ayrılıqda Azərbaycan, Ermənistan və Gürcüstanda durum müzakirə olunacaq: “Cənubi Qafqazla bağlı müzakirələrin əsas mövzularından biri Dağlıq Qarabağ münaqişəsi olacaq. Biz Avropa Birliyinin bu münaqişənin nizamlanmasında hansı işlər görə biləcəyini müzakirə edəcəyik”. Eşton qeyd edib ki, Avropa Birliyi münaqişənin nizamlanmasında rəsmi vasitəçi olmasa da, o Filipp Lefortu Cənubi Qafqaz və Gürcüstanda böhranlar üzrə xüsusi nümayəndə təyin edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR