Azərbaycanda “Alternativ enerji haqqında” qanun layihəsinin parlamentin müzakirəsinə təqdim olunması ləngiyir

Azərbaycanda “Alternativ enerji haqqında” qanun layihəsinin parlamentin müzakirəsinə təqdim olunması ləngiyir
# 14 mart 2012 07:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda “Alternativ enerji haqqında” qanun layihəsi qəbul olunduqdan sonra ölkədə sahibkarlıq subyektləri və fərdi təsərrüfatlar alternativ enerjidən istifadə edə biləcəklər.

Bunu “APA-Economics”ə açıqlamasında Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov bildirib.

Onun sözlərinə görə, hazırda yeni qanun layihəsi üzərində işlər davam etdirilir: “Bu qanun layihəsini hökumətə təqdim etmək hələ tezdir. Çünki daxili komissiya üzvləri və işçi qrupları arasında yeni müddəalar, fikirlər ortaya çıxır. Buna görə də sənədin üzərində daim təkmilləşdirmə işləri aparılır, düzəlişlər edilir”.

C.Məlikov qeyd edib ki, qanun layihəsinin Milli Məclisdə nə vaxt müzakirəyə çıxarılacağı hələ məlum deyil.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR