Avropa Parlamenti nümayəndə heyətinin İrana səfər proqramı açıqlanıb

Avropa Parlamenti nümayəndə heyətinin İrana səfər proqramı açıqlanıb
# 27 oktyabr 2012 13:10 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Avropa Parlamentinin nümayəndə heyəti İran rəsmiləri ilə görüşüb, Tehrana qarşı sanksiyaları müzakirə edəcək. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə heyətin sözçüsü An Hilden səfər proqramı ilə bağlı açıqlamasında bildirib.

Onun sözlərinə görə, İrana səfər edəcək nümayəndə heyəti 5 nəfərdən ibarətdir: “Tehrana səfərimiz 27 oktyabr - 2 noyabr arasında planlaşdırılıb. Sanksiyaların müzakirəsi ilə yanaşı, iranlı deputatlarla görüşüb, İranda insan haqları ilə bağlı narahatçılığımızı da bildirəcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR