Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib
# 01 sentyabr 2012 06:50 (UTC +04:00)
Respublika Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, avqustun 31-də axşam saatlarında “VAZ 2106” markalı avtomobillə “Otoyol” markalı avtobus toqquşub. Nəticədə “VAZ 2106” markalı avtomobilin sürücüsü Əsədov Cavanşir Musa oğlu, sərnişinləri Hüseynov Elməddin Elxan oğlu və şəxsiyyəti məlum olmayan 40-45 yaşında bir nəfər kişi ölüb.

Hazırda faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR