Azərbaycanda gələn il pensiya alanların sayı 1 milyon 279 min nəfər olacaq

Azərbaycanda gələn il pensiya alanların sayı 1 milyon 279 min nəfər olacaq
# 07 noyabr 2012 12:52 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2013-cü ildə büdcəsi 2 milyard 632 milyon 700 min manat təşkil edəcək. Bunu fondun sədri Səlim Müslümov Milli Məclisin Sosial siyasət Komitəsinin iclasında deyib. Vəsaitin 2 milyard 513 milyon manatı pensiyaların ödənməsi üçün nəzərdə tutulur, 70 milyon manat isə sosial müavinətlərə xərclənəcək.
Ölkədə gələn il pensiya alanların sayı 1 milyon 279 min nəfər olacaq. Orta pensiya həddi 163 manat təşkil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR