Şakira və Rihanna da Bakıya gələcəklər

Şakira və Rihanna da Bakıya gələcəklər
# 13 iyun 2012 09:10 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, Cennifer Lopesin ardınca Rihanna ilə Şakiranın da ölkəmizə gələcəyi dəqiqləşib. Bu, ulduzların Azərbaycanda ilk çıxışları olacaq.

Rihannanın çıxışı oktyabrın 5-i saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək 1/4 oyunu zamanı təşkil ediləcək. Şakira isə həmin arenada oktyabrın 13-də, saat 19:30-da keçiriləcək final oyunu zamanı çıxış edəcək.

Oyunların biletləri iyulun 6-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimindən sonra, iyulun 10-dan başlayaraq Park Bulvar və Metro Park alış veriş və əyləncə mərkəzləri, Xalq Bank Neftçilər filialı və Bakcell-in Nizami 83 ünvanındakı müştəri xidmətləri mərkəzində satışda olacaq.

Qeyd edək ki, çıxışları FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi (YTK) təşkil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR