“Univision” mahnı müsabiqəsinin yarımfinal mərhələsi keçirilib - FOTOSESSİYA

“Univision” mahnı müsabiqəsinin yarımfinal mərhələsi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 16 may 2012 10:17 (UTC +04:00)
Bakı – APA. Gənclər və İdman Nazirliyi (GİN) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Azərbaycanda tələbələr arasında ilk dəfə gerçəkləşdirdikləri “Univision” mahnı müsabiqəsinin mayın 15-də yarımfinal mərhələsi keçirilib.
GİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 21 universitetin qatıldığı yarışmada hər bir iştirakçının çıxışından öncə onun haqqında 40 saniyəlik çarx yayımlanıb. Təmsil etdikləri universitetlərin tələbələrindən böyük dəstək alan iştirakçılar öz nömrələri ilə çıxış etdikdən sonra münsiflər heyəti və tələbələrdən ibarət gizli şura müzakirələr üçün bir araya toplanıb. Münsiflər heyətində əməkdar artist Tünzalə Ağayeva, tanınmış dizayner Gülnarə Xəlilova, ATGTİ sədri Şahin İsmayılov, GİN-in əməkdaşları Elnur Abdullayev və Elnar Mehdiyev təmsil olunub.
“Univision” mahnı müsabiqəsinin Azərbaycanda ilk dəfə olaraq keçirildiyini nəzərə alan münsiflər heyəti finala on deyil, on üç universitetin keçməsinə qərar verib. Finala Bakı Slavyan Universiteti , Azərbaycan Dövlət Neft Akademiyası, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti, Kooperasiya Universiteti, Bakı Musiqi Akademiyası, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Odlar Yurdu Universiteti və Azərbaycan Dövlət Dillər Universiteti vəsiqə qazanıb.
Finalı mayın 17-də keçiriləcək.
1-ci yerin qalibinə “Univision” layihəsinin xüsusi kuboku və 3000 AZN təqdim ediləcək. Bundan əlavə qalib şəxs (ifaçı və ya qrup) ATGTİ-nin fəaliyyətinə cəlb ediləcək və təşkilatın müəyyən layihələrinin siması olacaq. Müsabiqənin devizi qalibiyyətin, ali təhsil ocağında birinciliyin işarəsi olaraq “Birinci ol” seçilib. Növbəti illərdə yarışmanın MDB məkanına çıxarılması nəzərdə tutulub. Bununla yanaşı, Avropa Universitetlərinin də “Univision” tələbə mahnı müsabiqəsinə qoşulması istiqamətində müəyyən işlər aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR