Kürdəmirdə avtomobil yoldan çıxaraq çökəkliyə düşüb, sürücü ölüb

Kürdəmirdə avtomobil yoldan çıxaraq çökəkliyə düşüb, sürücü ölüb
# 20 fevral 2012 09:50 (UTC +04:00)
Kürdəmir. Elvin Yaqubov - APA. Azərbaycanın Kürdəmir rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Kürdəmirin Cəyli kəndində qeydə alınıb. Rayon sakini 1963-cü il təvəllüdlü Səlimov Sahid İdris oğlu 90-XJ-734 dövlət nömrə nişanlı “Hyundai SantaFe” markalı minik maşınını yüksək sürətlə idarə edərkən yoldan çıxararaq 2 metr çökək əraziyə aşırıb. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan Sahid Səlimov Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər. Faktla bağlı rayon polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR