Bəxtiyar Hacıyev azadlığa buraxılması ilə əlaqədar Azərbaycan prezidentinə müraciət edib - YENİLƏNİB

Bəxtiyar Hacıyev azadlığa buraxılması ilə əlaqədar Azərbaycan prezidentinə müraciət edib  - <font color=red>YENİLƏNİB</font>
# 29 may 2012 13:06 (UTC +04:00)
Dəstək qrupundan APA-ya verilən məlumata görə, görüş zamanı Bəxtiyar Hacıyev bir neçə gün əvvəl prezident İlham Əliyevə müraciət etdiyini deyib: “Mən Azərbaycan prezidenti İlham Əliyevə azadlığa buraxılmağımla bağlı məsələyə baxılması üçün müraciət etmişəm”.
Məktubda deyilir: “Hörmətli cənab Prezident! Mən hər zaman Azərbaycanda demokratik, hüquqi dövlətin qurulmasını, gənclərimiz üçün iş və təhsil imkanlarının artırılmasını arzu etmişəm. Bu istiqamətdə görülən işlərə, qazanılan beynəlxalq uğurlara sevinmiş, onları təqdir etmişəm. Öz dövlətimi və xalqımı sevirəm və heç bir xarici maraq və siyasi ambisiya bu sevgidən üstün ola bilməz. Cənab Prezident! Düşünürəm ki, mən həbsdə məhkum kimi yox, azadlıqda olan və öz dövlətinin davamlı və dayanıqlı inkişafı üçün çalışan bir gənc kimi daha faydalı ola bilərəm. Bununla əlaqədar olaraq, azadlığa buraxılmağım məsələsinə baxılmasını Sizdən xahiş edirəm”.
Xatırladaq ki, Bəxtiyar Hacıyev ötən ilin mart ayında həbs olunub və Cinayət Məcəlləsinin 321.1 (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR