Bakı şəhər Baş Polis İdarəsinin Kadrlar İdarəsi ləğv edilib

Bakı şəhər Baş Polis İdarəsinin Kadrlar İdarəsi ləğv edilib
# 07 iyun 2012 13:28 (UTC +04:00)
APA-nın məlumatına görə, Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişi ilə BŞBPİ-nin Kadrlar İdarəsi ləğv edilib. Həmin idarənin yerində şöbə yaradılıb. Kadrlarla bağlı bəzi səlahiyyətlər Bakı şəhəri üzrə rayon Polis idarələrinin rəislərinə verilib. Yeni yaradılan şöbəyə isə hələlik təyinat olmayıb.

Qeyd edək ki, bir müddət əvvəl BŞBPİ-nin Kadrlar İdarəsində ciddi qanun pozuntuları aşkar edilmiş, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə idarənin rəisi, polis polkovniki İlqar Əzimov və həmin idarənin daha bir əməkdaşı Asim Abdullayev tutduqları vəzifədən azad olunmuşdu.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR