Kipr Avropa Birliyindən maliyyə yardımı istəyə bilər

Kipr Avropa Birliyindən maliyyə yardımı istəyə bilər
# 12 iyun 2012 13:28 (UTC +04:00)
Bakı – APA-Economics. Kipr yaxın vaxtlarda Avropa Birliyinə (AB) maliyyə yardımı xahişi ilə müraciət edə bilər. “APA-Economics”in xəbərinə görə, bunu Kiprin maliyyə naziri Vasos Siarlis bildirib.

“Bu təcili məsələdir. Biz bilirik ki, təkrar kapitallaşma iyunun 30-na qədər yekunlaşmalıdır və cəmi bir neçə gün vaxtımız qalıb” – deyə nazir qeyd edib. O, maliyyə yardımının yalnız bank sektoru ilə məhdudlaşmayacağını istisna etməyib.

Qeyd edək ki, rəsmi müraciət edəcəyi halda, Kipr AB-dən maliyyə yardımı yardımı istəyən beşinci avrozona ölkəsi olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR