Azərbaycan parlamentində Rusiyanın öz hərbi bazalarını Ermənistana təhvil verməsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycan parlamentində Rusiyanın öz hərbi bazalarını Ermənistana təhvil verməsi ilə bağlı müzakirələr aparılıb
# 01 oktyabr 2012 10:55 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

“Bununla bağlı Azərbaycanın müvafiq strukturları ilə bir neçə dəfə görüşüb, məsələ qaldırmışam. Onlar da bildiriblər ki, bu məsələ araşdırılır. Araşdırma yekunlaşdıqdan sonra rəsmi reaksiya olacaq”.

Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı Ermənistandakı Rusiya hərbi bazalarının rəsmi İrəvana verilməsi məsələsini gündəmə gətirib. O qeyd edib ki, Rusiyanın silahları Ermənistandan işğal olunmuş Dağlıq Qarabağ ərazisinə keçirməyəcəyinə heç kim təminat verə bilməz. “Çünki həmin hərbi bazalarda işləyənlər ermənilər özləri olacaq. Bu məsələ ilə bağlı BMT və Rusiyaya müraciət etmək, BMT-dən bu məsələyə reaksiya tələb etmək vacibdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR