«Muğan Bank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır
02 noyabr 2012 14:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Noyabrın 5-dən etibarən Bakı Fond Birjasında (BFB) «Muğan Bank» ASC yeni səhm emissiyasının yerləşdirilməsinə başlayacaq.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 50 min ədəd, emissiyanın ümumi həcmi isə 10 mln. manat təşkil edir. Emissiyanın yerləşdirilməsindən sonra bankın nizamnamə kapitalı 35,3% artaraq 38,306 mln. manata çatacaq. Qiymətli kağızların yerləşdirilməsində anderrayter rolunda «Texnika Capital Management» şirkəti çıxış edəcək.
Qeyd edək ki, təsisçisi 4 fiziki şəxs olan «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabrın 1-nə bankın aktivlərinin həcmi 262,341 mln. manat, məcmu kapitalı 39,738 mln. manat, o cümlədən nizamnamə kapitalı 28,306 mln. manat təşkil edib.

Maliyyə
Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır
17:05
8 may 2024
BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb
17:01
8 may 2024
Azərbaycanla Türkiyə arasında ticarətin asanlaşdırılmasına dair Ortaq işçi qrupu yaradılacaq
16:41
8 may 2024
Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərləri ilə görüş keçirilib
14:55
8 may 2024