Bakıda alternativ hesabatların hazırlanması üzrə seminar keçirilir

Bakıda alternativ hesabatların hazırlanması üzrə seminar keçirilir
# 14 sentyabr 2012 12:59 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bakıda insan haqlarının vəziyyətinə dair alternativ hesabatların hazırlanması ilə bağlı üç günlük seminar başlayıb. APA-nın xəbərinə görə, ATƏT-in Bakı ofisi, BMT-nin insan haqları üzrə ali komissarının idarəsi və USAİD tərəfindən təşkil olunan seminarda vətəndaş cəmiyyətinin 25-ə yaxın fəalı iştirak edir.

ATƏT-in Bakı ofisi rəhbərinin müavini Melissa Stoun bildirib ki, vətəndaş cəmiyyətinin alternativ hesabatları hökumətin BMT və Avropa Şurasına göndərdiyi və insan haqlarının vəziyyəti, hökumətin beynəlxalq-hüquqi öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı hesabatlara dair qiymətləndirmə aparılarkən mühüm əhəmiyyət daşıyır. USAİD-in Azərbaycan üzrə direktoru Maykl Qrin isə insan haqlarının qorunması üzrə beynəlxalq mexanizmlərin və Azərbaycanda gender bərabərliyinə dəstəyin vacibliyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR