Nobel prospektində maşın aşıb, sürücü dünyasını dəyişib

Nobel prospektində maşın aşıb, sürücü dünyasını dəyişib
# 04 avqust 2012 07:52 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün saat 02:30 radələrində, Nobel prospektində Bakı şəhər sakini Samir Həsənov idarəetməsi itirərək «Ford Fokus» markalı avtomobili aşırıb. Nəticədə S. Həsənov aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR