Balakəndə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Balakəndə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
# 24 avqust 2012 07:11 (UTC +04:00)
Balakən. Vüqar Heydərov - APA. Yevlax-Zaqatala-Gürcüstan magistral yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Daxili İşlər Nazirliyi(DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Qərb regional bölməsindən məlumat verilib. Məlumata görə, piyadanın ölümü ilə nəticələnən yol qəzası Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 152-ci kilometrliyində, Balakən rayon ərazisində qeydə alınıb. Balakən rayonunun Gərəkli kənd sakini Motuxov Nəsib Ramazan oğlu idarə etdiyi “VAZ-2106” markalı, 36 BD 728 dövlət nişan nömrəli avtomobillə yolun kənarında duran piyada, 1972-ci il təvəllüdlü, Balakən rayonunun Gərəkli kənd sakini Mustafayeva Zenfira Nurəddin qızını vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Zenfira Mustafayeva Balakən Mərkəzi Rayon Xəstəxanasına(MRX) yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Zenfira Mustafayeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qərb regional bölməsindən cinayət işi başlayıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR