Azərbaycanın Respublika Günü Los Ancelesdə təntənəli şəkildə qeyd olunub - FOTOSESSİYA

Azərbaycanın Respublika Günü Los Ancelesdə təntənəli şəkildə qeyd olunub - <font color=red>FOTOSESSİYA</font>
# 25 may 2012 12:08 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu Respublika Günü və Azərbaycan-ABŞ diplomatik münasibətlərinin qurulmasının 20-ci ildönümü münasibətilə Los Ancelesin nüfuzlu “Riviera” klubunda ziyafət təşkil edib. Baş Konsulluqdan APA-ya verilən məlumata görə, ziyafətdə Kaliforniya, Nevada, Nyu Meksiko, Oreqon, Vaşinqton və ABŞ-ın bir sıra digər Qərb ştatlarının təmsilçiləri, Los Anceles dairəsinin və meriyasının məsul əməkdaşları, ABŞ Dövlət Departamentinin nümayəndələri, xarici dövlətlərin Kaliforniyadakı baş konsulları, müxtəlif Kaliforniya universitetlərinin professorları, yerli KİV təmsilçiləri, həmçinin Azərbaycan, türk, yəhudi və İran icmalarının üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev 28 may tarixinin Azərbaycan üçün xüsusi önəm daşıdığını, 94 il öncə məhz bu tarixdə islam dünyasının ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını qeyd edərək, bu möhtəşəm hadisənin Azərbaycan xalqının milli dövlətçilik ənənələrinin bərpasında müstəsna rol oynadığını bildirib. O, cümhuriyyətin əldə etdiyi nailiyyətlərdən, həyata keçirdiyi mütərəqqi islahatlardan, Ə. Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin Parisdə ABŞ prezidenti V. Vilson ilə keçirdiyi görüşdən bəhs edib. 1920-ci ildə xarici işğal nəticəsində cümhuriyyətin mövcudluğuna son qoyulmasından sonra növbəti 71 il ərzində Azərbaycan xalqının öz müstəqil dövlətçiliyinin bərpasına inamını əsla itirmədiyini qeyd edən N. Ağayev bu arzuların nəhayət, 1991-ci ildə gerçəkləşdiyini söyləyib.

Sonra Kaliforniyanın Los Anceles Dairəsinin, Orinc Dairəsi və Karson şəhəri adından Respublika Günü münasibətilə təbrik mesajları oxunub və müvafiq şəhadətnamələr sözügedən bələdiyyələrin rəsmi nümayəndələri tərəfindən N. Ağayevə təqdim edilib. Həmçinin, Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı Los Anceles Dairəsinin təbrik şəhadətnaməsi də baş konsula təqdim olunub.

Daha sonra ziyafət canlı musiqi proqramı ilə davam edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR