BMW 1,3 mln. avtomobili geri çağırır

BMW 1,3 mln. avtomobili geri çağırır
# 27 mart 2012 09:38 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniyanın dünya şöhrətli BMW avtokonserni bütün dünya üzrə 1,3 mln. maşını geri çağırmaq qərarına gəlib.

APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, buna səbəb avtomobillərin akkumulyatorunda yanğınla nəticələnə biləcək problemlərin aşkarlanmasıdır.

Söhbət 2003-2010-cu illərdə istehsal olunmuş 5 və 6-cı seriyalı avtomobillərdən gedir. Artıq bu qüsurla bağlı şirkətə 9 informasiya daxil olub. Sahibləri bu avtomobilləri qüsurların aradan qaldırılması üçün dilerlərə təqdim etməlidirlər. Yoxlama cəmi 30 dəqiqə çəkəcək və pulsuz olacaq.

Qeyd edək ki, ötən il BMW-nin xalis mənfəəti 51% artaraq 3,24 mlrd. avrodan 4,9 mlrd. avroya çatıb ki, bu da şirkətin tarixində rekord göstəricidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR