Opera və Balet Teatrının solistləri Qazaxıstana səfər edəcəklər

Opera və Balet Teatrının solistləri Qazaxıstana səfər edəcəklər
# 11 aprel 2012 12:21 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri, əməkdar artistləri Gülnaz İsmayılova və Samir Cəfərov Qazaxıstana gedəcəklər. Teatr mətbuat xidmətindən APA-ya verilən məlumata görə, solistlər aprelin 15-dən 19-na kimi Astanada görkəmli sənətkar Kulyaş Beyseitovanın 100 illik yubileyinə həsr olunmuş təntənəli yubiley tədbirlərində çıxış edəcəklər. Onlar MDB və bir sıra türkdilli ölkələrin sənətçilərinin qatılacaqları gecədə Qazaxıstan Dövlət Simfonik orkestrinin müşayiəti ilə “Arşın mal alan” operettasından ariya və duetlər oxuyacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR