Azərbaycan FHN: Bakının Yasamal rayonunda bir ünvana yarım litr civə dolu qab qoyulub

Azərbaycan FHN: Bakının Yasamal rayonunda bir ünvana yarım litr civə dolu qab qoyulub
# 17 may 2012 21:05 (UTC +04:00)
APA-nın xəbərinə görə, nazirliyin qaynar xəttinə daxil olan məlumat açıqlansa da, şübhəli maddənin qoyulduğu ünvan barədə xəbər verilməyib.

Nazirliyin mütəxəssisləri dərhal hadisə yerinə cəlb ediliblər.

FHN əməkdaşları baxış keçirdikləri ərazidən 0,5 litrlik şüşə qab aşkarlayıblar. Mütəxəssilərin araşdırması zamanı şübə qaba civə maddəsi doldurulduğu müəyyən edilib.

Maddə nazirliyin mütəxəssisləri tərəfindən götürülüb.

Fatla bağlı aiddiyyatı qurumlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, mayın 17-də gün ərzində Bakının Nəsimi rayonunda avtobus dayanacığında da şübhəli əşyanın olması barədə FHN-nin qaynar xəttinə məlumat daxil olub.

Dərhal hadisə yerinə baxış keçirilib, nazirliyin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə təhlükəsizlik tədbirləri görüblər. Şübhə yaradan sellofan torbaya baxış keçirilib. Torbanın içərisindəki əşyanın təhlükəli olmadığı müəyyən olunub.

Əməliyyat saat 19:10-da başa çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR