Nigeriya şiələrinin lideri qətlə yetirilib

Nigeriya şiələrinin lideri qətlə yetirilib
# 12 may 2012 01:54 (UTC +04:00)
Bakı-APA. Nigeriya şiələrinin lideri Məhəmməd Əli öz evində güllələnərək öldürülüb. Bu barədə ölkənin Kano ştatının polisinin nümayəndəsi komissar İbrahim İdris məlumat verib.

İdris bildirib ki, artıq hadisədə şübhəli bilinən şəxs yaxalanıb. Şübhəlinin evindən bomba, odlu silah və sursat aşkar edilərək götürülüb.

Komissarın sözlərinə görə, qətlin arxasında «Boko haram» islamçı qruplaşması dayanır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR