Azərbaycan cüdoçuları XXX Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurublar

Azərbaycan cüdoçuları XXX Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurublar
# 02 avqust 2012 16:08 (UTC +04:00)
Bakı-APA. Bu gün London Olimpiadasında Azərbaycanın cüdo yığmasının son üzvü tatamiyə çıxıb. Apasport.az saytının məlumatına görə, 100 kiloqram çəki dərəcəsindəki təmsilçimiz Elmar Qasımov mübarizəyə 1/16 finaldan başlayıb.

Onun rəqibi qazaxıstanlı Maksim Rakov olub. Görüşə daha yaxşı başlayan Qasımov yuko fəndi tətbiq etməklə, qələbə qazanıb.

Amma bu qələbə Elmara asan başa gəlməyib. O, qazaxıstanlı rəqibi ilə görüşün sonunda ayağından zədə alıb.

İdmançımız növbəti mərhələdə Daniel Bratanı (Rumıniya) məğlub edən Levan Jorjoliani (Gürcüstan) ilə qarşılaşıb. Qasımov hər hansı fənd tətbiq edə bilməsə belə, rəqibə verilən 2 cərimə xalı (yuko) hesabına 1/4 finala çıxıb.

Qasımov növbəti mərhələdə Artyom Bloşenkoya (Ukrayna) ipponla qalib gələn Hi-Tae Hvanqla (Cənubi Koreya) qarşılaşıb.

Rəqibinə 1 yuko, 2 şido xalı verən həmyerlimiz mərhələ adlaya bilməyib.

Həmyerlimiz təsəlliverici görüşlərdə ilk döyüşünü özbəkistanlı Ramziddin Sayidova qarşı keçirib. Ancaq təəssüf ki, qarşılaşma Elmarın məğlubiyyəti ilə nəticələnib. O, ippona düşərək, mükafat qazanmaq şansını itirib. Yekunda idmançımız 7-ci yeri tutub.

Bununla, Londona yollanan 8 cüdoçumuzun hamısı mübarizəni medal qazanmadan başa vurub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR