Argentina Azərbaycanla neft sektorunda əməkdaşlıq etmək niyyətindədir

Argentina Azərbaycanla neft sektorunda əməkdaşlıq etmək niyyətindədir
# 03 iyul 2012 09:46 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanla Argentina arasında neft sektorunda əməkdaşlıq barədə danışıqlar aparılacaq.

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Argentinanın xarici işlər naziri Hektor Timerman bildirib.

Onun sözlərinə görə, neft sahəsi iqtisadiyyatın önəmli sahəsi olduğu üçün bu sahədə müvafiq danışıqlar aparılacaq.

Qeyd edək ki, Bakıda keçirilən Azərbaycan-Argentina biznes-forumunun açılışından sonra Argentina nümayəndə heyəti Azərbaycan Dövlət Neft Şirkətində görüşlərə gedib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR