Litvanın tanınmış ifaçıları “Eurovision” müsabiqəsinin finalında Azərbaycan təmsilçisinə səs verəcəklərini bildirirlər

Litvanın tanınmış ifaçıları “Eurovision” müsabiqəsinin finalında Azərbaycan təmsilçisinə səs verəcəklərini bildirirlər
# 23 may 2012 16:00 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə www.DELFI.lt saytındakı məqalədə bildirilir. Məqalədə tanınmış şou-biznes nümayəndələrinin “Eurovision-2012”nin final müsabiqəsində kimə səs verəcəkləri ilə bağlı açıqlamaları yer alıb.
“Deyəsən Litva şou-biznesinin nümayəndələri “Eurovision” mahnı müsabiqəsinin finalında kimə səs verəcəklərini razılaşdırıblar. Bu, Azərbaycanın təmsilçisi, “When the music dies” lirik mahnısını ifa edən Səbinə Babayevadır. Eyni zamanda ölkəmizdə əksəriyyət təmsilçimiz Donatas Montvidi də dəstəkləyirlər, lakin ona telefonla mesaj göndərərək səs verə bilməyəcəklər. Buna görə də “DELFİ”yə müsahibə verən ifaçılar kimə səs verəcəklərini etiraf ediblər.
Şou dünyasının parlaq simalarından Stano, “69 danquya” və onların prodüseri Eqmontas Bjeskas, həmçinin Deyvidas Zvonkus, Liepa Mondeykayte, Mia, Kristina İvanovanın rəhbərliyi ilə “ŞarkA” qızlar qrupu öz vətənində çıxış edəcək Səbinəyə səs verəcəklərini bildiriblər.
Bəstəkar Stano Stanislav – Stavitskis dostluq hisslərinə əsaslanaraq Səbinə Babayevaya səs verəcəyini deyir: “Azərbaycana azarkeşlik edəcəyik. “Eurovision”da çox nadir hallarda elə mahnılar olur ki, əlini ürəyinə qoyub rahatlıqla deyə bilirsən – bəli, bu mahnı mənə çox xoş gəlir. Sözün düzü, mən izlədiyim dövrdən “Eurovision”da belə hal olmayıb. Mən nə mahnıya, nə Azərbaycana, hə başqa dövlətə qiymət verə bilmərəm. Mən daha çox mahnını və konteksti qiymətləndirirəm. Mənim üçün siyasi kontekst də vacibdir. Azərbaycan hazırda Litva ilə dostluq edən ölkədir. Miqyası fərqli olsa da, Azərbaycan bizim üçün Gürcüstan kimidir. Həmrəylik nöqteyi-nəzərindən səs verirəm, çünki Azərbaycanın bizim dostumuz olub. Neçə dəfə səs verəcəyəm? Tanrının istədiyi qədər”.
Azərbaycanın tez-tez qonağı olan Kristina İvanova da finalda kimə səs verəcəyinə zərrə qədər şübhə etmir: Azərbaycanlı müğənni şəxsən mənim xoşuma gəlir. Xarizmatikdir, gerçəkdən qələbə qazanmağa qadirdir”. “ŞarkA” qrupunun nümayəndəsi əminliklə belə deyir.
Belə rəy mövcuddur ki, qızlar daha çox gənc oğlanları dəstəkləməyə meyllidir. Lakin Kristina İvanova bu fikri təkzib edir: “Mənə elə gəlir ki, xarici görkəm hər şeyi həll etmir. Düzdür, bizim Donatasa da afərin demək lazımdır, ona böyük uğurlar diləyirəm. Düzdür, mən ilk dəfədir “Eurovision”a baxır, görülən işləri dəyərləndirirəm. Buna görə də düşünürəm ki, Donatas hər cür təbrikə layiqdir. Azərbaycana gəldikdə isə, mən dəfələrlə bu ölkədə qonaq olmuşam, sonuncu dəfə martda getmişdim. Buna görə də bu ölkə mənə çox yaxındır, qəlbimdə ən xoş hisslər doğurur. Məni “Eurovision” müsabiqəsini canlı izləməyə dəvət etmişdilər, lakin texniki problemlər buna mane oldu. Mənim gözəllik studiyamda görəcək işlərim çoxdur. Seçmək lazım gəldi – iş yoxsa, əyləncə? Mən işi seçdim. Lakin “ŞarkA”nın bütün kollektivi Azərbaycanı dəstəkləyəcək və müsabiqəni televizordan izləyəcəyik.
Müğənni Niyole Pareyqitedən hansı ölkəyə, yaxud müğənniyə mesaj göndərəcəyini soruşduqda, o artıq cavabı bilirdi. “Azərbaycanı dəstəkləyəcəyik. Hər şeydən əvvəl bizim şirkət belə razılaşdı, belə qərar qəbul etdik və belə də edəcəyik. Mantasın (Eqmontas Bjeskas) söhbətlərindən biz Azərbaycana sadəcə vurulmuşuq və Bakıya gedəcəyimizi anı səbirsizliklə gözləyirik. Azərbaycana uzun müddət qələbə çələngini qazanmaq və müsabiqəni Bakıda təşkil etmək üçün mübarizə apardı. Və bu onlarda alındı! Bu il mahnıları və müğənniləri çox gözəldir, buna görə də onları dəstəkləməyə dəyər”.
Liepa Mondeykayte də Niyoleyə dəstək verir: “Mən də Azərbaycana səs verəcəyəm. Niyə? Çünki “Eurovision” orada keçirilir və bu, Azərbaycanda əsas tədbirlərdən biridir. Səbinəyə qulaq asanda düşündüm ki, onun yaxşı səsi var, o çox yaxşı oxuyur, mahnısı da çox lirikdir. Mən isə lirik mahnıları sevirəm. Bizim Donatas Montvidası da dəstəkləyirəm, lakin ona səs verə bilməyəcəyimə görə, səsimi Azərbaycana verəcəyəm. Düşünürəm ki, Donatas Montvidası dəstəkləməyəcək bir litvalı belə tapmaq olmaz”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR