«Rabitəbank» ötən il istehlak kreditləşməsini 38% artırıb

«Rabitəbank» ötən il istehlak kreditləşməsini 38% artırıb
# 16 fevral 2012 14:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC-nin kredit portfelinin həcmi 2012-ci ilin yanvar ayının 1-nə 89,275 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 7,7% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın 12 ayadək verdiyi kreditlərin həcmi 31% artaraq 46,271 mln. manat, 12 aydan verilən kreditlər 11,3% azalaraq 37,096 mln. manat, istehlak kreditləri 38% artaraq 18,726 mln. manat olub.

Bu müddət ərzində bankın depozit portfeli 11% genişlənərək 76,884 mln. manata, o cümlədən müddətli depozitlər 9,4% artaraq 61,875 mln. manat, tələb olunanadək depozitlər 17,2% artaraq 15,009 mln. manat, əhalinin əmanətləri isə 9,5% artaraq 61,727 mln. manata çatıb.

Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR