İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova: “Azərbaycanın yaxın 10 ildə ən mühüm məqsədi orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevrilməkdir”

İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova: “Azərbaycanın yaxın 10 ildə ən mühüm məqsədi orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevrilməkdir”
# 02 aprel 2012 10:22 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Milli Məclisində Avronest Parlament Assambleyasının ikinci plenar sessiyası çərçivəsində İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa Birliyi siyasətləri ilə uyğunluq üzrə komitənin iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Azərbaycan Avropa Birliyi ilə mövcud əlaqələri və ölkənin son illərdə nail olduğu iqtisadi inkişafı barədə məlumat verib.

O, qeyd edib ki, birgə əməkdaşlıq çərçivəsində 8 tvinninq layihəsi tamamlanıb, 7-si hazırda icradadır, 6 tvinninq layihəsi isə hazırlanacaq: “1995-ci ildən Azərbaycana 120 milyard dollar həcmində sərmayə qoyulub ki, bunun da yarısı xarici sərmayələrin payına düşür. Son 8 ildə Azərbaycanda ÜDM 3 dəfə , dövlət büdcəsinin gəlirləri isə 13 dəfə artıb. Ölkədə yoxsulluğun səviyyəsi 7,2 faizə düşüb ki bu da ötən illərlə müqayisədə çox aşağı göstəricidir. Bu gün dünyada artan beynəlxalq rəqabətə davamlı və şəffaf əməkdaşlığı təmin etmək üçün Azərbaycan AB ölkələri ilə geniş ticarət əlaqələri qurur, Hazırda dünyanın 27 ölkəsində 650-yə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Ölkədə özəl sektorun inkişaf etməsinə də fikir verilir. Lakin Azərbaycanın hələ də bir çox problemləri və çətinlikləri qalmaqdadır. Bu gün Azərbaycanın 20 faiz torpağının işğal altında qalması və 1 milyon qaçqın və köçkünün olması həm ölkə iqtisadiyyatına , həm də ümumilikdə regionun inkişafına mənfi təsir göstərir. Azərbaycanın yaxın 10 ildə ən mühüm məqsədi orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevrilməkdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR